Belarusdan şok – Qaçqınlara elektroşokla işgəncə verilibbackend

Belarusdan şok - Qaçqınlara elektroşokla işgəncə verilib

Polşa və Litva Belarusdan gələn qaçqınları deportasiya etməkdə davam edir. Son iki ay ərzində Belarus sərhədçiləri 700-dən çox belə cəhdi dəf etmişlər.

KONKRET.az xəbər verir ki, bu barədə Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç deyib.

“Təkcə avqust-sentyabr aylarında Polşa və Litva ərazisindən Belarus ərazisinə keçmə cəhdinin dəfələrlə qarşısı alınıb. 8.5 mindən çox qaçqını Belarus ərazisinə sıxışdırmağa çalışdılar. Bura göndərilməzdən əvvəl insanlar elektroşokla işgəncəyə məruz qalır, döyülür və bu kimi hallar hər gün baş verir”, – deyə o, qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*