Belçika kralı Konqodan üzr istədi: “Keçmişimizlə bağlı səmimi danışmalıyıq”backend

Belçika kralı Konqodan üzr istədi: "Keçmişimizlə bağlı səmimi danışmalıyıq"

Konqoda Belçika müstəmləkə hakimiyyətinin dövrü 1908-1960-cı illər arasında mövcud olub. Belçika Kralı Filipp Konqo Prezidenti Feliks Çisekediyə ölkəsinin müstəqilliyinin 60 illiyi ilə əlaqədar təbrik məktubu göndərib.

KONKRET.az xəbər verir ki, bununla monarx, Kral Leopold II-nin Belçika müstəmləkə hakimiyyəti dövründə Konqoda baş verən şiddət və qəddarlıq hərəkətlərini pisləyib.

Məktub 30 iyun çərşənbə axşamı Belçika kral ailəsinin saytında dərc edilib.

“Cəmiyyətimizdə ayrıseçkilik aradan qalxmadığı üçün bu gün ağrıları hələ də hiss olunan keçmişin yaralarına görə dərin peşmanlığımı bildirmək istərdim” deyib.

O, Leopold II-nin hakimiyyəti dövründə 1885-ci ildə Belçikanın bir koloniyasına çevrilən müstəmləkəçilik illərində Konqo xalqının yaşadığı əziyyət və təhqirlərə görə üzr istəyib.

Belçika Kralı məktubda yazıb: “Gələcək əlaqələrimizi möhkəmləndirmək və səmərəli əməkdaşlığı inkişaf etdirmək üçün bir-birimizə ümumi keçmişimiz haqqında səmimiyyətlə danışmağa imkan verməliyik”.

Kral Pilipp Leopold II-nin birbaşa nəslindəndir. “La Libre Belgique” nəşrinin dediyinə görə, o, bu məsələyə peşman olan ilk hakim monarxdır.

Müasir belçikalılar Kral Leopold II-ni Konqo sakinlərinə qarşı qəddar rəftarda, müxtəlif hesablamalara görə, bir milyondan 15 milyona qədər yerli əhalinin soyqırımına və ölümünə səbəb olmaqda günahlandırırlar.

Babək Göyüş                              

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*