Belçikada koronavirusla bağlı yeni məhdudiyyətlər qüvvəyə mindibackend

Belçikada koronavirusla bağlı yeni məhdudiyyətlər qüvvəyə mindi

Belçikada dekabrın 26-dan “omikron” ştamının yayılması təhlükəsi səbəbindən koronavirus pandemiyası ilə mübarizə üçün daha sərt tədbirlər tətbiq edilməyə başlayıb.

KONKRET.az-ın məlumatına görə, bu barədə “Kommersant” qəzeti xəbər verib.

Ölkədə kinoteatrlar, teatrlar, konsert zalları və digər əyləncə təşkilatları bağlanıb. İdman tədbirlərinə tamaşaçıların buraxılması da qadağandır.

Məktəblərdə 6 yaşından yuxarı şagirdlər qoruyucu maskalar taxmağa məcburdurlar. Həmçinin, yanvarın 10-dək təhsil müəssisələrinin tətil üçün vaxtından əvvəl bağlanması qərara alınıb.

Şirkət rəhbərlərinə mümkün olduqda əməkdaşları məsafədən iş rejiminə köçürmələri tövsiyə edilib. Onlar həftədə ən azı dörd gün evdən işləməlidirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*