Belçikalı məşqçi: “Hamı “Qarabağ”a məğlubiyyətimizə məyus oldu”backend

Belçikalı məşqçi: "Hamı "Qarabağ"a məğlubiyyətimizə məyus oldu"

Lüksemburqun “Düdelanj” komandasının baş məşqçisi Bertran Krasson “Lequotidien” nəşrinə müsahibə verib.

KONKRET.az-ın məlumatına görə, 49 yaşlı mütəxəssis çempionatdakı vəziyyətdən və avrokuboklardakı oyunlardan da danışıb.

Belçikalı məşqçi “Qarabağ”a evdə 1:4 hesabı ilə uduzduqları UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci tur matçından sonra azarkeşlərin məyus olduğunu vurğulayıb: “Qrup mərhələsinin ilk turunda APOEL-i 4:3 hesabı ilə məğlub etdik. Nikosiyadakı qələbəmizdən sonra hər kəs Lüksemburqda “Qarabağ”ı məğlub edə biləcəyimizi normal qarşılayırdı. Bütün insanlar məğlubiyyətimizdən sonra məyus oldular”.

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasının A qrupunu 5 xalla 3-cü, “Düdelanj” isə 4 xalla 4-cü sırada bitirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*