Müğənni İradə İbrahimova tənqid olunan sosial formatda verilişlərin yayımının dayandırılmasını istəyib.
KONKRET.az axşam.az-a istinadən bildirir ki, bu haqda sənətçi instaqram səhifəsində post paylaşıb.
“Zəhmət olmasa, cinayət məzmunlu, gərgin musiqi fonunda qışqıraraq mübahisə edən, gəlin-qaynan, baldız, cehiz, yemək və ya bu tip mövzuların yer aldığı, bayağılığı və ədəbsizliyi təbliğ edən proqramların yayımı dayandırılsın”, – deyə İradə yazıb.