Bələdiyyə problemləri – Sədrlər danışdı – VİDEObackend

Bələdiyyə problemləri - Sədrlər danışdı - VİDEO

Bələdiyyə seçkiləri yaxınlaşır. KONKRET.az Xaçmazda bələdiyyələrin problemlərini öz dillərindən dinləyək.

Xaçmazda ele bələdiyyə var ki, təsərrüfat sayına görə toplanan əmlak və torpaq vergisinin bütün miqdarı qurumun illik əmək haqlarını ödəməyə kifayət etmir. Yəni bələdiyyə heç öz işçilərini maliyyə baxımından idarə edə bilmir.

Xudat bələdiyyəsinin sədri Elman Allahyarov bildirdi ki, əhali sayına görə Xaçmaz bələdiyyəsindən sonra rayonda ən böyük bələdiyyənin 18 min sakini var. Bələdiyyənin illik 13800 manat torpaq, 25600 manat isə əmlak vergisi toplamaq öhdəliyi var. Bələdiyyə hər il bu məbləğin 70 faizə qədərini büdcəsinə qata bilir. Yerdə qalan vergi vəsaitinin toplanması isə müxtəlif səbəblərdən mümkün olmur. Ən başlıca maneə isə ərazidə olan təsərrüfatların sənədlərinin ya qaydasında olmaması, ya da, ümumiyyətlə, heç olmamasıdır.

Dövlət hər il bələdiyyələrə təsərrüfat sayına görə dotasiya ayırır. Amma bu vəsait də daha səmərəli fəaliyyət üçün kifayət etmir.

Rayonun Susayqışlaq kənd bələdiyyəsinin sədri Mehriban Mustafayeva bələdiyyənin fəaliyyətinin daha səmərəli formaya çatdırmaq üçün əhalinin vergiyə olan öhdəliyinin artırılmasının vacib olduğunu bildirib. Xanım sədr açıqlamasında onu da qeyd edib ki, toplanan vergi vəsaiti ilə yalnız kiçik problemləri həll etmək mümkün olur.

Qeyd edək ki, 180 min sakini olan Xaçmaz rayonunda 38 bələdiyyə fəaliyyət göstərir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*