Bayrampaşa Bələdiyyə Başçısı Həsən Mutlu da daxil olmaqla 48 nəfər ədliyyəyə sövq edilib. Həbs üçün göndərilən 39 nəfər arasında Həsən Mutlu da daxil olmaqla 20 nəfər haqqında həbs qərarı çıxarılıb.
KONKRET.az xəbər verir ki, prokurorun sorğusundan sonra 39 nəfər həbs olunmaq üçün məhkəməyə sövq edilib. 6 nəfər barəsində məhkəmə nəzarəti tələb olunub. Bayrampaşa Bələdiyyə Başçısı Həsən Mutlu haqqında da həbs qərarı istənilib.
Həbs olunan Bayrampaşa Bələdiyyə Başçısı Həsən Mutlu həbs qərarından sonra ilk mesajını sosial şəbəkədə paylaşıb. Mutlu paylaşımında bunları deyib:
“30 ildən sonra mən və yoldaşlarım Bayrampaşaya xidmət etdiyimiz üçün qanunsuz olaraq həbs olunduq”.
Dəniz Pənahova
KONKRET.az