Bələdiyyə təhsil müəssisələrinin şagirdlərinə dərsliklər pulsuz veriləcəkbackend

Bələdiyyə təhsil müəssisələrinin şagirdlərinə dərsliklər pulsuz veriləcək

Bələdiyyə ümumi təhsil müəssisələrində təhsilalanların dövlət hesabına dərsliklərlə təmin olunması təklif edilir.

KONKRET.az xəbər verir ki, bununla bağlı “Təhsil haqqında” qanunun 35-ci maddəsində ( Təhsilalanların sosial müdafiəsi) dəyişiklik olunur.

Dəyişikliklə dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində təhsilalanlar dərsliklərlə müəyyən edilmiş qaydada dövlət hesabına təmin оlunacaqlar.

Qanunun hazırkı variantı isə belədir: “Dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar dərsliklərlə müəyyən edilmiş qaydada dövlət hesabına təmin оlunurlar”.

KONKRET.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*