Bələdiyyələrə bu qədər pul ayrılacaq – Nazir açıqladıbackend

Bələdiyyələrə bu qədər pul ayrılacaq - Nazir açıqladı

Azərbaycanda gələn il dövlət büdcəsindən bələdiyyələrə 13,5 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

KONKRET.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.

Onun sözlərinə görə, bunun 7,5 milyon manatı bələdiyyələrin gəlir və xərclərinin tənzimlənməsi üçün dotasiya kimi nəzərdə tutulub.

“Bələdiyyələrin məqsədli xərcləri üçün 1,6 milyon manat məbləğində subvensiya, bələdiyyələrin sərəncamında olan su təchizatı qurğularının istismarı və xidmətləri ilə bağlı xərclər üçün isə 4,4 milyon manat subsidiya nəzərdə tutulub”, – deyə nazir qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*