Bələdiyyələrə təhvil verilən qəbiristanlıqların sayı açıqlandıbackend

Bələdiyyələrə təhvil verilən qəbiristanlıqların sayı açıqlandı

Ölkəmizdə 4204 qəbiristanlıq var, onların 3268-i bələdiyyələrə təhvil verilib.

KONKRET.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında Azərbaycan Respublikası Ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib.

O bildirib ki, 900-dən çox qəbiristanlıq təhvil verilməyib: “Bu da bəzi çətinliklərlə bağlıdır. Bəzi qəbiristanlıqların sənədləri olmadığı üçün bu iş gecikir. Bəzi rayon icra hakimiyyətlərində də bununla əlaqədar komissiya yaradılsa da, bu komissiyaların işi dayandırılıb. Amma bu işlər davam edəcək, qəbiristanlıqlar bələdiyyələrə təhvil veriləcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*