Amerika Birləşmiş Ştatlarının Almaniyada yerləşdirməyi planlaşdırdığı orta mənzilli raketlər Moskvaya qədər olan məsafəni səkkiz dəqiqəyə qət etməyə qadirdir.
KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Andrey Belousov deyib. Nazir xatırladıb ki, iyul ayında Vaşinqton və Berlin 2026-cı ildə Almaniya ərazisində 2400 kilometrə qədər məsafədəki hədəfləri vura bilən orta mənzilli raketlərin yerləşdiriləcəyini rəsmən elan ediblər: “Əlimizdə Moskvaya təxminən səkkiz dəqiqəyə çata bilən hipersəs raketlərinin harada yerləşdirilməsi barədə dəqiq məlumat var”. Daha əvvəl Belousov bildirmişdi ki, Rusiya Müdafiə Nazirliyinin fəaliyyəti NATO ilə mümkün hərbi münaqişəyə tam hazırlığı təmin etməyə yönəlib . Belousov hesab edir ki, yaxın onillikdə alyansın qüvvələri ilə toqquşma baş verə bilər.
Vəli Həsənoğlu,
KONKRET.az