Belqorod yenidən atəşə tutuldubackend

Belqorod yenidən atəşə tutuldu

Rusiyanın Belqorod vilayətinin Qrayvoronski rayonunun Doroqoş kəndi atəşə tutulub.

KONKRET.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov teleqram kanalında bildirib.

O, ərazinin Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulduğunu qeyd edib.

Qladkov hadisə nəticəsində itki olmadığını, iki fərdi təsərrüfatda və bir yardımçı tikilidə müxtəlif dağıntıların olduğunu vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*