Belyayevdən ŞƏRH: “Bakı əvvəlki təmkin və səbrini nümayiş etdirəcəkmi?” –backend

Belyayevdən ŞƏRH: "Bakı əvvəlki təmkin və səbrini nümayiş etdirəcəkmi?" -

“Ermənistanın 2023-cü il dövlət büdcəsi layihəsinin bütün detalları hələ açıqlanmayıb. İşin məntiqinə görə, rəsmi İrəvan əgər bəyanatlarında həqiqətən də səmimidirsə, Azərbaycan ərazisindəki separatçı strukturları maliyyələşdirməkdən tamamilə imtina etməlidir”.

KONKRET.az xəbər verir ki, bu barədə rusiyalı jurnalist Mixail Belyayev öz analitik şərhində bildirib. Onun sözlərinə görə, əgər bu, baş verməsə, qonşu dövlətin ərazi bütövlüyünün tanınmasından, eyni zamanda onun ərazisində tanınmamış separatçı qurumun “ordusunu” maliyyələşdirməkdən ciddi danışmaq mümkün deyil.

Siyasi şərhçi daha sonra yazır: “Ermənistan hərbi doktrinasını yeniləməlidir, çünki onun 2007-ci ildəki hazırkı versiyasında göstərilir ki, Ermənistan “Dağlıq Qarabağ Respublikası”nın təhlükəsizliyinin təminatçısıdır. Erməni hərbi doktrinasının köhnəldiyi, müasir tələblərə cavab vermədiyi və çağırışların 2020-ci ildə Qarabağ müharibəsi başa çatdıqdan sonra davam etdiyi, lakin indiyədək onun dəyişdirilməsi üçün heç bir əməli addım atılmamasından danışın. Üstəlik, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması hələ tam həyata keçirilməyib ki, bunu Prezident İlham Əliyev bu yaxınlarda Azərbaycan televiziya kanallarına müsahibəsi zamanı qeyd edib.

Eləcə də Ermənistan Konstitusiyasının preambulasında “Ermənistan və Qarabağın birləşdirilməsi”ndən bəhs edən Müstəqillik Bəyannaməsinə istinad da Azərbaycanla sülhün əldə olunması məsələsində erməni niyyətlərinin səmimiliyini şübhə altına alır.

Ermənistan hakimiyyətinin indikativ olaraq dinc ritorikası ilə onların real əməlləri arasındakı bu “uyğunsuzluqlar” siyahısını hələ uzun müddət davam etdirmək olar, lakin ən mühüm məqamlar yuxarıda qeyd olundu. Əgər rəsmi İrəvan mümkün qədər tez onları düzəltmək üçün real addımlar atmağa başlamasa, (məsələn, “DQR”in maliyyələşdirilməsini dayandırmasa və ya əhəmiyyətli dərəcədə azaltmasa), o zaman Praqada danışıqların raundu və orada əldə olunan razılaşmalar rəsmən uğursuz hesab ediləcək. Böyük sual isə budur ki, Bakı bu işdə yenidən əvvəlki təmkinini və səbrini nümayiş etdirəcək, yoxsa birtərəfli qaydada gündəmini irəli sürməyə başlayacaq?”

Sevinc Paşayeva,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*