Benzinin qiyməti ilə bağlı VACİB AÇIQLAMA: Yaxın vaxtlarda Azərbaycanın yanacaq bazarında…backend

Benzinin qiyməti ilə bağlı VACİB AÇIQLAMA: Yaxın vaxtlarda Azərbaycanın yanacaq bazarında...

Rusiyada benzin qiymətlərində yeni artım dalğası müşahidə olunur. Maraqlıdır, Rusiyada benzinin qiymət artımı Azərbaycanda yanacaq bazarına birbaşa və ya dolayısı ilə təsir edə bilərmi?

Bu barədə KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Rusiyada benzinin bahalaşması Azərbaycanda yanacaq bazarına birbaşa və ya dolayısı ilə təsir göstərməyəcək. Hazırda Rusiyada qiymət artımı ölkənin daxili iqtisadi problemləri ilə bağlıdır.

Novruz bayramına qədər qiymətlər yavaş-yavaş qalxacaq" - Akif Nəsirli

İqtisadçının sözlərinə görə, Rusiya dövləti daxili borclarını neft gəlirləri hesabına ödəyə bilmədiyi üçün ölkə daxilində neft məhsullarının, o cümlədən benzinin qiymətlərini artırmaq qərarına gəlib:

“Azərbaycan Rusiyadan benzin idxal etmir. İdxal olunsa belə, bu, dünya bazarının qiymətləri ilə tənzimlənir. Rusiya daxilində benzinin qiyməti nə qədər artsa da, bu, dünya bazarında olan qiymətlərdən aşağı qalır.

Rusiya özü neft ixrac edən ölkədir. Ukrayna ilə müharibə fonunda neftayırma zavodlarının bir neçəsinin sıradan çıxması ölkənin daxili yanacaq təminatında problemlər yaradıb və bu da qiymət artımına səbəb olub”.

Ekspert əlavə edib ki, Azərbaycanda isə yanacaq qiymətləri Tarif Şurası tərəfindən dövlət səviyyəsində tənzimlənir:

“Hazırda dünya bazarında neftin qiyməti sabitdir. Eyni zamanda, inflyasiyanın azalması da dövlətin tənzimlədiyi qiymətlərə yenidən baxılmasını aktuallaşdırmır. Bu səbəbdən Azərbaycanda benzin və digər yanacaq növlərinin qiymətində dəyişiklik gözlənilmir”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*