Bərbər müştərinin saçını 1.5 metr məsafədən qırxdı – VİDEObackend

Bərbər müştərinin saçını 1.5 metr məsafədən qırxdı - VİDEO

Braziliyanın Blumenau şəhərində bir bərbər koronavirusa yoluxmamaq və müştərini itirməmək üçün həkimlərin tövsiyələrinə uyğun olaraq 1.5 metrlik məsafəni qorumaq qərarına gəlib.

KONKRET.az xəbər verir ki, video “YouTube”da yayılıb.

“Həyat yoldaşım koronavirusdan qorunmaq üçün 1,5 metr məsafə saxlayır”, deyə qadının əri, video müəllifi yazıb.

Videoda görünür ki, usta müştəridən 1.5 metr məsafədə uzaq durmağa çalışır.

Hər iki qadının tibbi maskalarda olduğu da diqqətdən yayınmır.

Eyni zamanda, stilist əlində iki çubuq tutur, birinə daraq, digərinə isə saç qurutma maşını yapışdırılıb.

Şərhlərdə bəzi istifadəçilər bərbərləri tərifləyiblər, bəziləri gülüb, bəziləri isə hərəkətlərini axmaq hesab edib.

 

 

Xatırladaq ki, Çinin Uxan şəhərində ardıcıl dörd gün yeni koronavirus hadisəsi qeydə alınmayıb.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*