Bərdədə “MAXE”-ni maşın vurdu – Vəziyyəti ağırdırbackend

Bərdədə "MAXE"-ni maşın vurdu - Vəziyyəti ağırdır

Bərdədə hərbi qulluqçunu avtomobil vurub.

KONKRET.az-ın məlumatına görə,  hadisə Bərdə rayon Gərənə kəndi ərazisində baş verib.  Belə ki,  Daxili qoşunlarda xidmət edən müddətdən artıq hərbi qulluqçu, Mingəçevir şəhər sakini 2000-ci il təvəllüdlü İsayev İlqar Vüqar oğlu yolu keçmək istəyərkən  “VAZ 21011” markalı minik avtomobili vuraraq hadisə yerindən qaçıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan İ.İsayev Bərdə rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.  Sonradan vəziyyəti ağırlaşdığından o, Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır. Unikal.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*