Bərdədə məktəbdə faciəli hadisə yaşanıb.
KONKRET.az lent.az-a istinadla xəbər verir ki, hadisə iyunun 2-si saat 12 radələrində Bərdə şəhərinin ərazisində yerləşən 5 saylı tam orta məktəbdə qeydə alınıb.
Məktəbin şagirdi, 15 yaşlı Zeynəb Ruslan qızı Şəldizadə sinif otağının pəncərəsindən, 3-cü mərtəbədən yıxılıb.
Məktəbli ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.