Berdiməhəmmədov kursantların görüşünə gəldi, xokkey oyununa baxdı və güllə atdı – Koronavirus bu ölkədə yoxdurbackend

Berdiməhəmmədov kursantların görüşünə gəldi, xokkey oyununa baxdı və güllə atdı – Koronavirus bu ölkədə yoxdur

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Prezident Qurbanqulu Berdiməhəmmədov martın 31-də Türkmənistan Daxili İşlər Nazirliyinin İnstitutunda olub.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu haqda məlumatı dövlət informasiya agentliyi yayıb.

Mənbə bildirir ki, təhsil ocağının girişində dövlət başçısını daxili işlər naziri Mammetxan Çakıyev qarşılayıb və institutun fəaliyyəti barədə məlumat verib.

Prezident İnstitutun fəaliyyəti ilə tanışlığa başlayıb, idman zallarına gələrək, onların təchizatı, eləcə də idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün yaradılan şəraitlə maraqlanıb.

Dövlət başçısı “Qalkan” qış idman növləri mərkəzinə baxıb, orada Daxili İşlər Nazirliyinin “Qalkan” xokkey komandaları və institutun tabeliyində olan “Nəsil” komandasının məşqinə baxıb.

Dövlət başçısı kursantların məşq prosesini izləyib, onların təhsili ilə maraqlanıb.

Berdiməhəmmədov Daxili İşlər Nazirliyinin struktur bölmələrinə daxil olan yeni xüsusi texnikalarla, müasir silah nümunələri və avadanlıqla tanış olub.

Hərbi Qüvvələrin Ali Baş Komandanı ixtisaslaşdırılmış atıcılıq zalına nəzər salaraq, burada olan döyüş silah arsenalının xüsusiyyətləri ilə tanış olub və hədəfə atəş açıb. Bildirilir ki, Prezident dəqiq hədəfə, yəni “onluğa” düşüb.

O, dəqiq atəşlə vurduğu hədəfi daxili işlər naziri M. Çakıyevə təqdim edib. Nazir onu minnətdarlıqla qəbul edərək DİN-in muzeyində onun layiqli yerini tutacağını vurğulayıb.

Ziyarət başa çatdıqdan sonra Prezident Türkmənistanda istehsal olunan 300 kompyuteri instituta hədiyyə edib.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*