Berdiməhəmmədov türkmən əsgərləri haqda “Durnalar” şeirini yazdıbackend

Berdiməhəmmədov türkmən əsgərləri haqda “Durnalar” şeirini yazdı

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Böyük Vətən Müharibəsində türkmən əsgərlərinin göstərdiyi cəsarətləri yüksək qiymətləndirərək “Durnalar” şeirini yazıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu haqda məlumatı Türkmənistanın informasiya portalı yayıb.

Mənbə bildirir ki, dövlət başçısı bunu ölkənin bölgələrinə işgüzar səfərlərinin yekunlarına həsr olunan seminarda deyib.

Berdiməhəmmədov bildirib ki, yeni şeir Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi şərəfinə iyunun 24-də Moskvada Türkmənistan nümayəndə heyətinin iştirakı ilə keçiriləcək təntənəli hərbi parada həsr olunub.

                            

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*