Berdıməhəmmədovdan “yenilik”: bankomatlardan pul çıxarmaq üçün kuponlar verilirbackend

Berdıməhəmmədovdan "yenilik": bankomatlardan pul çıxarmaq üçün kuponlar verilir

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Bir neçə aydır Türkmənistanda nağd pulla bağlı problemlər var: bankomatların sayı və onun içərisində olan pul çox azdır.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, nəhəng növbələr “pul maşınları”nın qarşısında düzülür.

“Türkmənistan” bankı qəribə bir şəkildə problemi həll etməyə çalışıb, bankomatlar vasitəsilə pul çıxarmaq üçün kuponlar təqdim edib.

Turkmen.news xəbər verir ki, nəticədə insanlar artıq iki cərgədə dayanmaq məcburiyyətində qalırlar: əvvəlcə kupon, daha sonra bankomat üçün.

Ölkədə kartlarla ödəmə inkişaf etməyib, hər yerdə nağd pul lazımdır.

“8 sentyabrdan etibarən Balkanabatdakı “Türkmənistan” bankı bankomatlardan pul çıxarmaq üçün kuponlar təqdim etdi. İndi maaşları və təqaüdləri nağdlaşdırmaq istəyən vətəndaşlar bir anda iki cərgədə durmalıdırlar, əvvəlcə kuponlar, daha sonra birbaşa bankomatlar üçün” deyə nəşr yazır.

Bu növbələrdə psixoloji vəziyyət dəhşətlidir. 5 sentyabrda ehtiraslar elə qızışıb ki, hətta bir nəfər bıçaqla növbədəkiləri qorxuya salıb.

Sentyabrın 7-də insanlar pulların bankomatlara yüklənməsini uzun müddət gözləyiblər, sonra prokurorluğa, oradan da Mərkəzi Banka şikayət etmək üçün gediblər, ancaq heç nə ala bilməyiblər. O gün heç kim kartlardan pul çıxara bilməyib.

                     

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*