Berislava bombalar yağdırıldıbackend

Berislava bombalar yağdırıldı

Rusiya qoşunları Xerson vilayətinin Berislav şəhərindəki müəssisəyə zərbələr endiriblər.

KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın Xerson Regional Hərbi Administrasiyasının yaydığı məlumatda bildirilib.

“Saat 16:00 radələrində düşmən Berislavdakı sənaye müəssisəsinin ərazisinə dörd idarə olunan bomba atıb”, – məlumatda deyilir.

Hücum nəticəsində binanın metal konstruksiyaları və sexin dam örtüyü zədələnib. İlkin məlumata görə, xəsarət alan olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*