Berlində Avropanı nasistlərdən azad edən müttəfiqlərə 4 dildə təşəkkür edildibackend

Berlində Avropanı nasistlərdən azad edən müttəfiqlərə 4 dildə təşəkkür edildi

Berlin şəhərinin Brandenburg darvazasında “təşəkkür edirəm” sözü dörd dildə yazılıb. Aksiya İkinci Dünya Müharibəsinin bitməsinin 75 illiyinə həsr olunub.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı DW telekanalı yayıb.

Mənbə bildirir ki, Berlində Avropanın nasistlərdən azad edilməsinin 75 illiyinə həsr olunmuş aksiya keçirilib.

Brandenburg darvazasında “təşəkkür edirəm” sözü rus, ingilis, fransız və alman dillərində nümayiş olunub.

“8 May 1945-ci ildə təslimolma öz qüvvəsinə mindi. Bu münasibətlə Berlin 75 il sonra Avropanın nasistlərdən azad olunması üçün müttəfiqlərə təşəkkür edir”. Bu fikirləri aksiyanı keçirən “Kulturprojekte Berlin” təşkilatının nümayəndəsi deyib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*