Berlindən xoş xəbər: Navalnı komadan çıxdıbackend

Berlindən xoş xəbər: Navalnı komadan çıxdı

Rusiyalı müxalifətçi Aleksey Navalnı komadan çıxıb və süni nəfəs aparatından ayrılıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi Berlinin “Şarite” klinikasına istinadən yayıb.

Xəstənin vəziyyətinin yaxşılaşdığını da əlavə ediblər.

Navalnı təyyarədə xəstələnəndən sonra 20 avqustda Omsk xəstəxanasına yerləşdirilib.

Rus həkimlər müayinələrin nəticələrinə əsasən qanda şəkərin kəskin azalmasına səbəb olan metabolik bir xəstəlik aşkarlayıblar. Bunun səbəbi hələ aydın deyil, ancaq Sibir mütəxəssisləri Navalnının qanında və sidiyində zəhər tapmayıblar.

Daha sonra Navalnı Almaniyaya nəql edilib. Keçən həftə Almaniya hökuməti rusiyalının “Noviçok” sinir-iflic qrupuna aid olan bir maddə ilə zəhərləndiyini elan edib.

Moskva Navalnı ilə bağlı vəziyyətlə əlaqədar Berlinə rəsmi müraciət göndərib.

Babək Göyüş                                                                                

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*