Beş uşaq və hamilə qadın Dağıstandan geri qaytarıldıbackend

Beş uşaq və hamilə qadın Dağıstandan geri qaytarıldı

Dağıstan ərazisində Azərbaycan vətəndaşlarının saxlanıldığı müvəqqəti düşərgədən bir hamilə qadın və beş kiçik uşaq vətənə qaytarılıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi Dağıstanda uşaq hüquqları müvəkkili Maria Ejovaya istinadən yayıb.

O, həmin uşaqlardan birinin kəllə nahiyəsində ağır əməliyyat keçirdiyini, bunun da isti havada infeksiya təhlükəsini artırdığını deyib.

Qeyd edək ki, Rusiyada olan və koronavirus pandemiyası üzündən sərhədlərin bağlı olduğu üçün bu ölkədə yubanmaq məcburiyyətində qalan Azərbaycan vətəndaşlarının yerləşdirildiyi çadır düşərgəsi Dağıstanın Dərbənd rayonunda yaradılıb. Rayonun icra başçısı əvəzi Fuad Şıxıyevin dediyinə görə, həmin düşərgədə hazırda 500 nəfər vətənə qayıtmağı gözləyir.

Bundan əvvəl Azərbaycan və Dağıstan rəsmiləri arasında daha çox Azərbaycan vətəndaşlarının vətənə qaytarılmasına dair razılıq əldə edilmişdi. İyulun 7-də düşərgədə olan daha 250 Azərbaycan vətəndaşı vətənə yola salınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*