Beş yaşlı oğlan üç yaşlı bacısını kenqurunun əlindən aldıbackend

Beş yaşlı oğlan üç yaşlı bacısını kenqurunun əlindən aldı

Avstraliyanın Yeni Cənubi Uels ştatının sakini, beş yaşlı Kuper Heinz kiçik bacısını ona hücum edən bir yarım metrlik kenqurudan xilas edib. Uşaq ağır yaralanıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “Mirror” nəşri yayıb.

Kuper və üç yaşlı Corciya evin yaxınlığında oynayırdılar. Təsadüfən bir kenquru həyətə girib və  qıza hücum edib.

Kuper bacısını xilas etməyə tələsib. O, qəzəblənmiş heyvanla bacısının arasında dayanıb və qışqıraraq qaçmasını istəyib.

Kenquru uşağı yerə yıxıb və başına tullanıb.

Xoşbəxtlikdən, uşaqlardan çox da uzaqda olmayan anaları Holli Madden heyvanı həyətdən qovub.

Kuperə başında, bədənində və qollarında yaralar diaqnozu qoyulub.

Hazırda oğlan demək olar ki, heç kimlə danışmır və bacısı ilə evdən çıxmağa qorxur.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*