Beş yaşlı uşaq avtomobil oğurladı və bacısının yanına getdibackend

Beş yaşlı uşaq avtomobil oğurladı və bacısının yanına getdi

ABŞ-ın Yuta ştatının gənc sakini, soruşmadan valideynlərinin avtomobilinin açarlarını götürüb, sükan arxasına oturub və Kaliforniyadakı bacısının yanına gedib. Beş yaşlı sürücüsü olan bir avtomobil polis tərəfindən dayandırılıb. Uşaq magistral yolda bir neçə kilometr sürməyi bacarıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı CBS News telekanalı yayıb.

Mənbə bildirir ki, qəribə bir traektoriya ilə irəliləyən Dodge Journey avtomobili yol polisi əməkdaşı Rick Morganın diqqətini çəkib.

O, sürücünün xəstələndiyini və həkimlərin köməyinə ehtiyacı olduğunu düşünüb.

Polis xəbərdarlıq işıqlarını yandırıb, amma maşın dayanmayıb. Sonra Morgan “Dodge”ni sirenlə qovmağa başlayıb, nəticədə sürücü maşını saxlayıb.

Sükan arxasında özünü Adrian adlandıran beş yaşlı bir oğlan olub. Başqa bir ştatda olan bacısının yanına getdiyini söyləyib.

Morgan dərhal uşağın valideynlərinə zəng edib.

Məlum olub ki, Adrian atası və anası işdə olarkən avtomobili oğurlayıb. Ona baxan bacısı isə evdə yatırmış.

Uşağın valideynləri uşağı heç vaxt sükan arxasına qoymadıqlarını və ona sürməyi öyrətmədiklərini deyiblər. Və nəqliyyat vasitəsini necə işə salmağı və bir neçə kilometrə qədər sürməyi bacardığını bilmirlər.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*