Prezident İlham Əliyev “Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.
KONKRET.az xəbər verir ki, Fərmana əsasən, “Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1539; 2018, № 4, maddə 668; 2019, № 4, maddə 638) 1-ci hissəsində “55 (əlli beş)” sözləri “70 (yetmiş)” sözləri ilə əvəz edilir.
Bu Fərmandan irəli gələn məsələləri həlli Nazirlər Kabinetinə tapşırılıb.
Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.