Bəşər Əsədin qohumları Moskvada  40 milyon dollara 19 mənzil aldıbackend

Bəşər Əsədin qohumları Moskvada  40 milyon dollara 19 mənzil aldı

Suriya lideri Bəşər Əsəd və ailəsi Rusiya kəşfiyyatçılarının köməyi ilə ölkədən qaça bilib.

KONKRET.az  “Bloomberg”ə istinadən xəbər verir ki, Əsəd və onun qohumları Rusiyanın Suriyadakı hərbi bazalarının birindən aparılıb. Uçuş zamanı Əsədi qaçıran  təyyarənin transponderi söndürülüb ki, təyyarəni izləmək mümkün olmasın.

“Bloomberg” iddia edir ki, Rusiya kəşfiyyatı Bəşər Əsədi Suriya müxalifətini məğlub edə bilməyəcəyinə inandırıb. Ona ölkəni təhlükəsiz tərk edə biləcəyinə zəmanət verilib.

Silahlı Suriya müxalifəti noyabrın 28-də böyük hücuma başlayıb. Əvvəlcə Hələb, sonrakı həftə yarım ərzində isə Homs və Həma azad edilib. Dəməşq dekabrın 8-də Suriya müxalifətinin əlinə keçib. Daha sonra Bəşər Əsədin Rusiyaya getdiyi və ona siyasi sığınacaq veriləcəyi məlum olub. Britaniyanın “Financial Times” qəzeti Əsədin qohumlarının Moskvada 40 milyon dollara 19 mənzil aldığını yazıb. “Alxali24” Əsədin əmisi oğlu Süleymanın Suriyada öldürüldüyü barədə məlumat dərc edib.  İddialara görə, Suriya müxalifətinin rəhbərliyi onu açıq edama məhkum edib. Kreml bu barədə məlumatı  olmadığını  bildirib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*