İspan antropoloqları Alava əyalətində Müqəddəs İohann Evangelist kilsəsində kütləvi insan qalıqları aşkar ediblər.
Alimlərin araşdırmalarından sonra qənaətə gəlinib ki, kütləvi insan qalıqları təxminən beş min il əvvələ aiddir. Tədqiqatlarla sübut olunub ki, kütləvi insan ölümlərinə səbəb bəşəriyyət tarixində ilk müharibədir.
KONKRET.az İspaniyanın“Scientific Reports” jurnalına istinadən xəbər verir ki, məzarlıqda 338 nəfər dəfn edilib.
Bu fakt ərazidə yaşayan xalqlar üçün xarakterik deyil. Çünki onların adət-ənənəsində kütləvi məzarlıqda dəfn edilmə adəti olmayıb. Bunu sümüklərin tədqiqi də sübut edib. Məlum olub ki, dəfn edilən hər kəs hərbi silahlardan və oxlardan müxtəlif xəsarətlər alıb. Alimlər qeyd ediblər ki, xəsarətlərin çoxu daş gürzlərin, baltaların və zərblərin, ağacdan, sümükdən və ya buynuzdan hazırlanmış oxların, həmçinin sapandla atılan daş mərmilərin zərbələri nəticəsində yaranan sınıqlardır. Üstəlik, məzarlıqdakı insan qalıqları müxtəlif etnik qruplara mənsubdur. Alimlər belə nəticəyə gəliblər ki, kütləvi qırğınlar bəşər tarixində ilk müharibənin nəticəsində baş verib.
Vəli Həsənov,
KONKRET.az