Türkiyə Silahlı Qüvvələrinin general-polkovniki, hazırda Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri kimi fəaliyyət göstərən Bəxtiyar Ersay ordu generalı rütbəsinə layiq görülüb.
KONKRET.az-ın məlumatına görə, bu barədə qərar Türkiyə Prezident Administrasiyası tərəfindən açıqlanıb. Rütbə artırılması Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə həyata keçirilib.
Xatırladaq ki, Bəxtiyar Ersay daha əvvəl Türkiyə Quru Qoşunları Komandanlığında əməliyyatlar üzrə rəis kimi xidmət edib. O, 2022-ci ildən etibarən Azərbaycan Müdafiə Nazirliyində müşavir vəzifəsini icra edir.
Natiq Səlim,
KONKRET.az