Beynəlxalq Ədalət Məhkəməsi yeni sədr təyin etdibackend

Beynəlxalq Ədalət Məhkəməsi yeni sədr təyin etdi

Yaponiyalı hakim Yuci İvasava Beynəlxalq Ədalət Məhkəməsinin sədri seçilib.

KONKRET.az xəbər verir ki, bu barədə qurumun press-relizində bildirilib.

İvasava yanvarın 14-də Livanın Baş naziri olmaq üçün vəzifəsini tərk edən Navaf Salamın vəzifəsindən ayrılmasından sonra həmkarları tərəfindən bu vəzifəyə seçilib.

Qeyd edək ki, Salamın sədrlik müddəti 2027-ci il fevralın 5-də başa çatmalı idi. Yeni sədr İvasava da məhz bu tarixə qədər sədr vəzifəsini icra edəcək.

İvasava 2018-ci il iyunun 22-dən məhkəmənin üzvüdür. Daha əvvəl o, Tokio Universitetində beynəlxalq hüquq üzrə professor vəzifəsində çalışıb və BMT-nin İnsan Hüquqları Komitəsinin sədri olub.//“Report”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*