Beynəlxalq Riyaziyyat Olimpiadasında niyə sıfır nəticə göstərdik? – İLGİNC SƏBƏBLƏRbackend

Beynəlxalq Riyaziyyat Olimpiadasında niyə sıfır nəticə göstərdik? - İLGİNC SƏBƏBLƏR

Azərbaycan Beynəlxalq Riyaziyyat Olimpiadasında (IMO) heç bir medal qazana bilməyib. Ölkəmizin bu sahədəki geriləməsi region ölkələri ilə müqayisədə də diqqət çəkir. Belə ki, Türkiyə 10-cu, İran 12-ci, Qazaxıstan 17-ci, Özbəkistan 28-ci yeri tutub. Hətta Qırğızıstan, Türkmənistan, Ermənistan və Gürcüstan belə olimpiadadan medalla geri dönüb. Azərbaycan isə “sıfır nəticə” ilə geri qayıdıb.

Maraqlıdır, bu geriləmənin əsas səbəbləri nələrdir?

Mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Ramin Nurəliyev bildirib ki, Beynəlxalq Riyaziyyat Olimpiadasında nəticə əldə olunmaması çox təəssüf doğurur:

Təhsil ekpertləri haqqında nə bilirik? - Ramin Nurəliyev... | AzEdu.az

“Təbii ki, arzumuz Azərbaycanın bu olimpiadada müəyyən bir nəticə göstərməsi, medalla geri dönməsi idi. Təəssüf ki, bu dəfə də nəticə əldə edilmədi. Amma burada ümumi təhsilin səviyyəsini tək bir olimpiadanın nəticəsi ilə dəyərləndirmək düzgün olmazdı.”

Ekspertin sözlərinə görə, bir fənn olimpiadası ümumi təhsil sistemini tam əhatə edən göstərici hesab oluna bilməz:

“Əgər Sinqapur və ya Finlandiya bu tip olimpiadalarda nəticə göstərməzsə, bu həmin ölkələrin təhsil sisteminin zəif olması demək deyil. Çünki bu ölkələr dünya üzrə ən yüksək təhsil standartlarına sahibdirlər. Azərbaycanda da əvvəlki illərdə fənn olimpiadalarında müəyyən uğurlar olub, informatika və digər sahələrdə medallar qazanılıb.”

Ramin Nurəliyev bildirib ki, son illərdə olimpiadalara hazırlıqda müəyyən irəliləyişlər var. Artıq final mərhələləri ənənəvi test üsulu ilə deyil, tətbiqyönümlü formatda keçirilir:

“Bu ilin Biologiya Olimpiadasında final mərhələsində artıq laboratoriya şəraitində, tətbiq əsaslı suallar verildi. Şagirdlər həmin tapşırıqları real olaraq yerinə yetirirdilər. Bu, inkişaf etmiş ölkələrin tətbiq etdiyi formatdır və bizdə belə sistemə keçid yeni başlayıb.”

Ekspert əlavə edib ki, olimpiadalarda uğur qazanmaq üçün yalnız nəzəri biliklər kifayət etmir. Şagirdlərə fərqli düşünmə, alternativ yanaşma bacarığı öyrədilməlidir:

“Bizdə əvvəllər ardıcıllıqla yalnız nəzəri biliklər öyrədilirdi. Amma beynəlxalq olimpiadalarda fərqlənmək üçün iştirakçıların öz fikirlərini ifadə edə bilməsi, alternativ yollarla məsələni həll etməsi vacibdir. Düşünürəm ki, bu yeni yanaşma nəticə verəcək və yaxın illərdə olimpiadalardan medallarla geri dönəcəyik.”

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*