“Beynəlxalq təşkilatlar Gəncə terroruna göz yumur” – Deputatlardan AÇIQLAMAbackend

"Beynəlxalq təşkilatlar Gəncə terroruna göz yumur" - Deputatlardan AÇIQLAMA

“Döyüş meydanında məğlub olan düşmən bu gün gecə növbəti terror aktını həyata keçirərək Gəncənin mülki əhalisini və obyektlərini hədəf seçdi”.

Bunu KONKRET.az-a açıqlamasında deputat Naqif Həmzəyev bildirib.

O, qeyd edib ki, beynəlxalq təşkilatlar yenə ikili münasibətlərini davam etdirib:

“Həmişə olduğu kimi bu gün də susaraq eməni vandalizminə göz yumurlar. Ancaq istənilən halda regiona sülhü gətirib və işğal altında olan torpaqlarımızı azad edəcəyik. Ondan sonra beynəlxalq təşkilatlar məcbur olub, Azərbaycanın haqlı müharibəsini dəstəkləməli olacaqlar”.

Deputat Müşfiq Cəfərov vurğulayıb ki, bu, açıq-aşkar ermənilərin azərbaycanlılara qarşı növbəti terrorudur:

“6 gün öncə də Gəncəyə qarşı terror aktı törədilmişdi. O zaman da onlarla insan yaralanmış, 10 nəfər ölmüşdü. Bu dəfə isə 13 nəfər terrorun qurbanı oldu. Ölənlərin 2-si körpə uşaqdır. 40-dan çox insan yaralanıb. Hazırda axtarış işləri davam edir. Ümid edirik ki, ölən və yaralanların sayı artmayacaq. Təəssüf ki, dünya ermənilərin bu vandal addımlarına və vəhşiliklərinə göz yumur. Bu da bir daha sübut edir ki, dünya artıq ikili standartlarla öz işini qurub. Beynəlxalq təşkilatlar da bu terrora göz yumur və Ermənistanı  beynəlxalq və müharibə qanunlarına zidd addımlarına görə cəzalandırmır. Düşünürəm ki, onların məqsədi müharibəyə Rusiyanı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olan ölkələri cəlb etməkdir. Bu gün bizim hədəfimiz Dağlıq Qarabağı və işğal altında olan bütün torpaqlarımızı azad etməkdir. Tezliklə bu niyyətimizi Ali Baş Komandanın rəhbərliyi ilə reallaşdıracağıq”.

Nərgiz Mirzəyeva

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*