Beyrutda daha bir erməni öldü: Xəstəxana binasının tavanı qızın başına düşdü – FOTOLARbackend

Beyrutda daha bir erməni öldü: Xəstəxana binasının tavanı qızın başına düşdü - FOTOLAR

Beyrutda baş verən güclü partlayış nəticəsində Jessica Bezdjhyan adlı bir erməni qızı ölüb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Livan mediası yayıb.

Ölən erməni qızı tibb bacısı işləyib. Partlayış zamanı o, limanın yaxınlığında yerləşən Rum xəstəxanasında olub. Binanın tavanı qızın başına düşüb.

Bezdjhyan Mesropyan erməni gimnaziyasının məzunu olub.

Avqustun 4-də Beyrutdakı liman bölgəsində güclü partlayış baş verib. Son məlumatlara görə, partlayış nəticəsində 78 nəfər ölüb, 3,7 minə yaxın sakin yaralanıb. Qurbanların sayı artır.

Xatırladaq ki, partlayış nəticəsində şəhərin yarısına ziyan dəyib. Çox sayda itki səbəbiylə xəstəxanalar dolub. Erməni məhəllələri, o cümlədən Müqəddəs Gevork kilsəsi zərər görüb.

Livandakı Ermənistan səfirliyinin binasına da ziyan dəydiyi məlumdur. Ölənlər arasında Livan Əl-Kataib partiyasının baş katibi Nizar Najaryan da ağır yaralanıb, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Livan Ali Müdafiə Şurası Beyrutu fəlakət bölgəsi elan edib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*