Beyrutda ölən ermənilərin sayı 3-ə çatdı, 100-ə yaxın yaralı var – itkin düşənlərin sayı çoxdurbackend

Beyrutda ölən ermənilərin sayı 3-ə çatdı, 100-ə yaxın yaralı var - itkin düşənlərin sayı çoxdur

Ermənistan Xarici İşlər Nazirliyi Beyrutda ölən, yaralanan və itkin düşən ermənilər barədə məlumat yayıb. Livan paytaxtında baş verən partlayışda üç erməni ölüb, yüzə yaxın insan yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan çərşənbə günü Facebook səhifəsində məlumat verib.

“Beyrut limanında baş verən partlayış nəticəsində, bütün Beyrutda olduğu kimi, ermənilərin məskunlaşdığı ərazilərdə də geniş miqyaslı dağıntı qeydə alınıb. Hazırda üç ölü erməninin və yüzə yaxın yaralı barədə məlumat var. Ancaq itkin düşənlərin sayının çox olduğu üçün bu rəqəmlər arta bilər”. – Nağdalyan yazıb.

Qeyd edək ki, partlayış nəticəsində şəhərin yarısına ziyan dəyib. Çox sayda itki səbəbiylə xəstəxanalar dolub.

Erməni məhəllələri, o cümlədən Müqəddəs Gevork kilsəsi zərər görüb. Livandakı Ermənistan səfirliyinin binasına da ziyan dəydiyi məlumdur. Ölənlər arasında Livan Əl-Kataib partiyasının baş katibi Nizar Najaryan da ağır yaralanıb, həkimlər onun həyatını xilas edə bilməyiblər. Daha bir erməni qızının başına işlədiyi xəstəxananın tavanı düşüb.

Avqustun 4-də Beyrutdakı liman bölgəsində güclü partlayış baş verib. Son məlumatlara görə, partlayış nəticəsində 78 nəfər ölüb, 3,7 minə yaxın sakin yaralanıb.

Livanın baş naziri Həsən Diab partlayışın səbəblərini araşdırmaq və günahkarları 48 saat ərzində məsuliyyətə cəlb etmək əmrini verib.

Livan Ali Müdafiə Şurası Beyrutu fəlakət bölgəsi elan edib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*