Beyrutdakı partlayışda ölən ermənilərin sayı 13 nəfərə çatdı – 250 yaralı varbackend

Beyrutdakı partlayışda ölən ermənilərin sayı 13 nəfərə çatdı - 250 yaralı var

Livanın paytaxtında baş verən partlayışda ölən ermənilərin sayı 13 nəfərə çatıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Ermənistan XİN-in nümayəndəsi  Anna Nağdalyan yayıb.

“Bizdə olan məlumatlara görə, Beyrutda ölən 13 erməni var, amma daha çox qurban ola bilər. Bəzi hallar hələ təsdiqlənməyib” deyib.

Son məlumatlara görə, Telia Ketikyan-Akopyan, Jessica Bezdjhyan, Şant Akopyan, Nazar Najaryan, Anahit Berberyan, Jak Paramakyan, Alis Palyan-Degirmejyan, Liza Gavukdjian, Delia Papazyan, Kaya Vutulyan, Sarkiz Tekiryan və Varuj Tosunyan həlak olublar.

Partlayış nəticəsində 250 erməninin xəsarət aldığı barədə də məlumatlar var.

Avqustun 4-də Livan hərbi bazası yaxınlığındakı Beyrut dəniz limanının ərazisində dağıdıcı partlayış baş verib. Partlayış dalğası paytaxtın bir çox məhəlləsində onlarla evi, avtomobili dağıdıb, şüşələrini qırıb. Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, partlayışa 2014-cü ildə gömrükdə müsadirə edilən, anbarda saxlanılan 2,750 ton ammonium nitratının partlaması səbəb olub.

Son məlumatlara görə, partlayış 149 nəfərin ölümünə səbəb olub, təxminən beş min nəfər yaralanıb. Ölkədə matəm elan edilib. Beyrut fəlakət bölgəsi kimi qəbul edilib və iki həftə ərzində şəhərdə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*