Beyrutun partlayışdan sonra dəhşətli görüntüləri yayıldı – VİDEObackend

Beyrutun partlayışdan sonra dəhşətli görüntüləri yayıldı - VİDEO

Beyrut limanında bir gün əvvəl gurultulu partlayışın fəlakətli nəticələrinin görüntüləri yayımlayıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “The Guardian” nəşri yayıb.

Çərşənbə axşamı axşam Beyrut limanında güclü partlayış baş verib. Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, partlayışa 2015-ci ildə gömrükdə müsadirə olunan və anbarda saxlanılan 2,7 min ton ammonium nitrat səbəb olub.

Ölkədə matəm elan edilib. Fəlakət zonası olaraq tanınan şəhərdə iki həftə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Ən son məlumatlara görə, 100-dən çox insan partlayışın qurbanı olub, yaralıların sayı 4 mini keçib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*