“Bəzi NATO ölkələri Ukraynaya məcburi yardımdan imtina edir” – “Bloomberg”backend

"Bəzi NATO ölkələri Ukraynaya məcburi yardımdan imtina edir" - "Bloomberg"

“Bəzi NATO ölkələri Ukraynaya kömək üçün hər il 40 milyard avro ayırmaq öhdəliyindən imtina edirlər”.

KONKRET.az xəbər verir ki, bu barədə “Bloomberg” yazır.

Şimali Atlantika Alyansı daxilində müzakirələrdən xəbərdar olan mənbələr nəşrə bildiriblər ki, NATO-ya üzv olan bir neçə ölkə Ukraynaya hərbi yardım üçün hər il 40 milyard avro xərcləmək öhdəliyindən imtina edir.

“Bloomberg” mənbələri qeyd ediblər ki, bəzi müttəfiqlər yardımı konkret rəqəmlərlə açıqlamaqdan ehtiyat edir, lakin buna baxmayaraq eyni səviyyədə dəstəyi davam etdirəcəklərinə söz verirlər.

Onlar ayırdıqları sərmayənin dəqiq məbləğini dərc etməkdən çəkinirlər, çünki bu, onların yardımlarının həqiqi miqyası haqqında məlumatı üzə çıxara bilər.

Agentlik yazır ki, Kiyevə məcburi çoxillik dəstək planı NATO sammitində (9-11 iyul Vaşinqtonda keçiriləcək) Ukrayna prezidenti Volodimir Zelenskiyə təqdim edilməlidir. “Bloomberg”in həmsöhbətləri bildiriblər ki, NATO-nun ÜDM-in ən azı 2%-ni müdafiəyə xərcləməklə bağlı mövcud öhdəliyi fonunda Kiyevə yardım 40 milyard avro ayrılmalıdır. Lakin bu, iştirakçı ölkələrin özlərinin müdafiə qabiliyyətini azalda bilər.

Stoltenberq iyunun ortalarında Ukraynaya hərbi yardımın NATO üzvləri üçün məcburi olacağını bildirmişdi. Onun fikrincə, bu halda tədarüklər daha etibarlı olacaq.

Stoltenberqin NATO ölkələrini Ukraynaya yardım üçün hər il 40 milyard avro ayırmağa məcbur etmək təşəbbüsündən danışan Kreml bildirib ki, bu, heç nəyi dəyişməyəcək, Moskva bu cür tədarükləri pisləyir.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*