Bəzi ölkələrdə mikrobloqinq xidməti “X” ilə bağlı problemlər müşahidə olunur.
KONKRET.az xəbər verir ki, bu barədə məşhur internet resurslarının işinə nəzarət edən “Downdetector” portalının səhifəsində məlumat verilib.
Bildirilib ki, daha çox problem Böyük Britaniya, Almaniya, İspaniya, Kanada, Polşa, ABŞ, Fransa və Yaponiyada qeydə alınıb.
Şikayətlərin əksəriyyəti tətbiqin və internet saytının fəaliyyəti ilə bağlıdır.
İrlandiya, İtaliya, Meksika, Türkiyə, Finlandiya, Xorvatiya, Çexiya və İsveçdən olan istifadəçilər də xidmətlə bağlı problemlərin olduğunu bildiriblər.