backend

Bəzi sahibkarlar gəlir vergisindən azad ediləcəklər

Bunu Baş Nazirin birinci müavini, Qazaxıstanın Maliyyə naziri Əlixan İsmayılov açıqlayıb

KONKRET.az-ın Orta Asiya ölkələri bürosu xəbər verir ki, Qazaxıstan Parlamenti Senatının plenar iclasında jurnalistlərin suallarını cavablandıran Əlixan İsmayılov deyib: “Bizdə 1 milyon 308 min mikro və kiçik sahibkarlıq subyekti var, onlardan 1 milyon 236 min, və ya demək olar ki, hamısı, 72 min şirkət istisna olmaqla, xüsusi vergi rejimindən istifadə edir. Bu nədir? Bu patent işi, sadələşdirilmiş bəyannamə üzrə işdir, onlar ümumi gəlirin cəmi 2 və ya 3%-ni vergiyə ödəyirlər. İndi bu insanlar 3 il gəlir vergisi ödəməkdən azad olacaqlar”.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Maliyyə Nazirliyinin rəhbəri təklifin birbaşa Qazaxıstan Respublikası Prezidentindən gəldiyini vurğulayıb: “Nəticədə büdcə itkisi 108 milyard tenge (təxminən 475 min manat) olacaq və bu itkiləri bölgələr üçün ümumi xarakterli köçürmələr hesabına kompensasiya edəcəyik. Bunlar subvensiyalardır. Yəni ölkəmiz “qan köçürülmə bankını” xatırladır: donor bölgələrimiz var, məsələn, Almatı, Nur-Sultan, Manqistau, Atırau bölgələri, yerdə qalanlar lazımi sosial və iqtisadi xərcləri təmin etməkdə çətinlik çəkən “qanalan” bölgələrdir”.

Xatırladaq ki, keçən ay dövlət başçısı Qasım Comərd Tokayev xalqına “Konstruktiv ictimai dialoq – Qazaxıstanın sabitliyi və rifahının əsası” müraciətini etmişdi və kiçik sahibkarları 3 il müddətinə gəlir vergisindən azad etməyi tapşırmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*