“Bəzi şəxsləri məsuliyyətə cəlb etdik, sonra müəyyən etdik ki, günahları yoxdur” – Hərbi prokurorbackend

“Bəzi şəxsləri məsuliyyətə cəlb etdik, sonra müəyyən etdik ki, günahları yoxdur" - Hərbi prokuror

Hərbi prokuror Xanlar Vəliyev bu gün jurnalistlərə açıqlamasında “Tərtər işi” zamanı işgəncə verilən hərbçilərin sayını açıqlayıb.

KONKRET.az  xəbər verir ki, X.Vəliyev qeyd edib ki, təkcə işgəncə işi üzrə 102, ya da 103 nəfərə qarşı müxtəlif formada fiziki zorakılıq tədbirləri həyata keçirilib:

“Demək istədiyim odur ki, yalnız təqsirləndirilən şəxslər deyil, digər insanlara qarşı da işgəncə halları olub. Onu da deməliyəm ki, biz istintaq dövründə bəzi şəxsləri məsuliyyətə cəlb etmişdik, ancaq sonra müəyyən etdik ki, həmin adamların günahı yoxdur. Ona görə də onların barəsində cinayət işinə xitam verildi. Hərbi Prokurorluq obyektiv olmağa çalışıb və zənn edirəm ki, buna nail olub”.

Hərbi prokurorun sözlərinə görə, torpaqlarımız işğaldan azad ediləndən sonra ermənipərəst insanlar içimizdə olan erməni xislətli şəxslərdən istifadə edərək bu məsələni tamamilə əsassız şəkildə gündəmə gətirməyə cəhd edib: “Qurban Məmmədov və onun kimilər bu gün də hələ ermənilərin “maşa”sıdır. Onun kimilər başa düşmür ki, onların deməyi ilə deyil.

Bunu da oxuya bilərsiniz: “Qeyri-qanuni işgəncə verilib” – Xanlar Vəliyev ilk dəfə “Tərtər işi”ndən DANIŞDI

Qurban Məmmədov özü hüquqşünasdır və çox gözəl bilir ki, hər bir ölkədə, o cümlədən Azərbaycanda hər şey qanunla həll edilir. Mən izah etdim, cinayət işi başlanılıb, təqsirli hesab edilən şəxslər məhkəmə məsuliyyətinə verilib və Azərbaycanda mövcud olan bütün məhkəmə instansiyalarında bu işlər araşdırılıb. Sonda belə qərara alınıb ki, istər dövlətə xəyanətdə ittiham olunan, istərsə də həmin şəxslərə və digər insanlara qarşı qanunsuz işgəncə verənlər haqqında çıxarılmış hökmlər qanunidir.

Söhbət təkcə cinayətlərin ağırlığından getmir, bu, hər bir azərbaycanlı üçün qara ləkədir.

İndi kimlərsə razılaşmaq istəmir ki, onların övladları bu ləkənin sahibidir. Onlar bu ləkənin sahibi olan övladın valideyni olmaq istəmir. Amma nə etmək olar? Əvvəllər də belə hallar olub, həmin şəxslərə qarşı da tədbirlər görülüb. Belə olmasaydı, Azərbaycan Ordusu təmizlənməsəydi, onda biz çox pis vəziyyətdə qalardıq. Bəlkə də bu qələbəni də qazana bilməzdik”./qafqazinfo/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*