Bezosun keçmiş həyat yoldaşı planetin ən varlı qadını oldu – cəmi bir neçə saatbackend

Bezosun keçmiş həyat yoldaşı planetin ən varlı qadını oldu - cəmi bir neçə saat

13 iyul bazar ertəsi axşam Amazon şirkətinin baş direktoru Jeff Bezosun keçmiş həyat yoldaşı Makkenzi bir neçə saat ərzində dünyanın ən varlı qadını olub.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Forbes” yayıb.

Belə ki, onun sərvəti  65,2 milyard ABŞ dollar dəyərində qiymətləndirilib.

14 iyul çərşənbə axşamı səhər tezdən isə L’Oreal qurucusu Francoise Betancourt Mayerin nəvəsi 64,8 milyard dollarla yenidən liderliyini bərpa edib.

Makkenzinin sərvəti 60,8 milyard dollara düşüb.

2019-cu ildə Bezosdan boşandıqdan sonra Makkenzi keçmiş ərinin şirkətindən 25% pay alıb. Bezos və keçmiş həyat yoldaşının sərvəti Amazon səhmlərinin qiymətinin yüksəlməsi sayəsində artır.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*