Biləcəridə bu gün də işıq olmayacaqbackend

Biləcəridə bu gün də işıq olmayacaq

Bu gün Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bir sıra ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə KONKRET.az-a Azərişıq ASC-dən məlumat verilib.

Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində avqustun 26-da 6 kV-luq hava xəttindən qidalanan yeni güc mənbəyi quraşdırılacaq.

Bununla əlaqədar olaraq saat 10:00-dan 14:00-dək Binəqədi Şossesi, Stroy Detal, Zəngəzur küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Gücləndirmə işləri başa çatdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*