Biləcəridə bu saatlarda işıq olmayacaqbackend

Biləcəridə bu saatlarda işıq olmayacaq

Bu gün Biləcəri qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət olacaq.

“Azərişıq” ASC-dən KONKRET.az-a verilən məlumata görə, yeni tədris ilinin başlanması ilə əlaqədar təhsil müəssisələrinin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində bu gün 184 saylı orta məktəbi qidalandıran 6 kV-luq hava xəttində təmir-bərpa işləri aparılacaq.

Həmçinin iri gövdəli ağacların naqillərə toxunan budaqlarının budanması həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 11:00-dan 14:00-dək Biləcəri qəsəbəsi Abbas Səhhət, Vidadi küçəsi 50/57_ 68 məhəllə və ətrafında olan fərdi yaşayış evlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*