Biləsuvarda 3 otaqlı ev yandıbackend

Biləsuvarda 3 otaqlı ev yandı

Biləsuvar rayonunun Amankənd kəndində yanğın olub.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 96 m² olan birmərtəbəli 3 otaqlı evin (yaşayış olmayan) tavanı 80 m² sahədə, 4 ədəd pəncərə çərçivəsi və 1 otağa yığılan 500 kiloqram ot bağlaması yanıb. Evin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*