Biləsuvarda ağır qəza – Baba və nəvəsi öldü + VİDEO(YENİLƏNİB)backend

Biləsuvarda ağır qəza - Baba və nəvəsi öldü + VİDEO(YENİLƏNİB)

Biləsuvarda baş verən qəza ilə rəsmi məlumat var.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan KONKRET.az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 15-də saat 12 radələrində M.Ağayevin idarə etdiyi “Hyundai” markalı avtomobillə P.İsmayılovun idarə etdiyi “VAZ” markalı avtomobil Biləsuvar rayonunun Ağalıkənd kəndinin ərazisində toqquşub.

Nəticədə “VAZ” markalı avtomobildə olan 2 sərnişin hadisə yerində ölüb, sürücü və digər 1 sərnişin isə xəsarət alıb.

Qəza ilə bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

14:05

***

Biləsuvarda ağır yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az Qafqazinfo-a istinadla xəbər verir ki, hadisə rayonun Ağalıkənd kəndi ərazisində qeydə alınıb.

Qəza zamanı 2 nəfər həyatını itirib, yaralanlar var. Ölənlər baba və nəvəsidir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*