Biləsuvarda ağır yol qəzası oldu – ölən varbackend

Biləsuvarda ağır yol qəzası oldu - ölən var

Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə rayonun Səmədabad kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 1992-ci il təvəllüdlü Abdullayev Musa İnşallah oğlu kəndin ərazisində velosipedlə hərəkətdə olarkən idarəetməni itirərək traktorun qoşqusuna çırpılıb. Nəticədə ağır yaralanan M.Abdullayev xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. (report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*