Biləsuvarda qohumlar arasında dava qanla bitdibackend

Biləsuvarda qohumlar arasında dava qanla bitdi

Biləsuvarda qisas zəminində bıçaqlanma olub.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Aranlı kəndində baş verib.

Kəndin sərnişindaşıma mikroaftobusunda Çinarlı kənd sakini 2001-ci təvəllüdlü Orxan Abdullazadə həmkəndlisi 2006-cı il təvəllüdlü Vadər Həmidlini bıçaqlayıb.

Zərərçəkən Vadərin anasının sözlərinə görə, Orxan qardaşı ilə oğlunu izləyərək hadisəni törədib.

Qeyd edək ki, hadisəni törədən və zərərçəkən yaxın qohumdur. V.Həmidlinin atası 1975-cil il təvəllüdlü Cavid Həmidov 2023-ci ildə bacısının həyat yoldaşı 1972-ci il təvəllüdlü Əsgər Abdullayevi güllələyərək qətlə yetirib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, bıçaqlanma hadisəsini törətməkdə şübhəli bilinən Orxan Abdullazadə polis əməkdaşları tərəfindən saxlanılıb.

Belə ki, yanvarın 25-də saat 11 radələrində V.Həmidliyə xəsarət yetirməkdə şübhəli bilinən 2001-ci il təvəllüdlü Orxan Abdullazadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. (APA)

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*