Biləsuvarda Vətən müharibəsi şəhidinin doğum günü qeyd edildibackend

Biləsuvarda Vətən müharibəsi şəhidinin doğum günü qeyd edildi

Biləsuvar rayonunda Vətən müharibəsi şəhidi Quluzadə Məhəmməd Cəlal oğlunun doğum günü qeyd olunub.

KONKRET.az xəbər verir ki, tədbirdə şəhidin yaxınları, yerli sakinlər, rayon rəsmiləri iştirak edib.

Məhəmməd Quluzadənin məzarı ziyarət edilib, üzərinə gül dəstələri qoyulub və ruhuna dualar oxunub.

Qeyd edək ki, Məhəmməd Quluzadə 1999-cu ildə Biləsuvar rayonunun Bəydili kəndində dünyaya gəlib. 2006-2017-ci illərdə Bəydili kənd tam orta məktəbində orta təhsil alıb.

Məhəmməd Quluzadə 2017-ci ildə Tərtər rayonu N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. 2019-cu ildə hərbi xidmətdən təxris olunub, 2020-ci ildə isə könüllü şəkildə yenidən Tərtər rayonundakı N saylı hərbi hissəyə qayıdıb.

O, müddətdən artıq xidmət edən hərbi qulluqçu idi.

Məhəmməd Quluzadə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak edib, Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Şəhid 29 sentyabr 2020-ci ildə Bəydili kənd qəbiristanlığında dəfn edilib.

Məhəmməd Quluzadə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif edilib.

Allah rəhmət eləsin.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*