1990-cı illərin sonlarında gündəmi zəbt edən Monika Levinski güclü qadınların geyimlərinin simasına çevrilib.
KONKRET.az Amerika mediasına istinadən xəbər verir ki, parlaq hündürmərtəbəli ofisdə, şəhər mənzərəsi fonunda çəkilən fotosunda Monika Levinski qadınların hüquq və imkanlarının genişləndirilməsinin təcəssümü kimi qələmə verilib.
Bu foto Los-Ancelesin “Reformation” geyim brendi üçün hazırlanmış yeni kampaniyanın bir hissəsidir. “You’ve Got the Power” adlı kolleksiyadakı geyimlər bütün dünyadakı sahiblərini vətəndaş hərəkətlərinə sövq edəcək.
Xatırladaq ki, 1995-ci ildə Ağ Evdə ödənişsiz yay təcrübəçi keçən 21 yaşlı Levinski sonradan Ağ Evdə və Pentaqonda maaşlı vəzifələrə işə götürülüb. Ancaq bir neçə ildən sonra ovaxtkı prezident Bill Klintonla münasibətləri faş olunduğu üçün imici və karyerası məhv edildi. O, hazırda ictimai fəal olmaqla yanaşı, zorakılığa qarşı mübarizə təşkilatı “Bystander Revolution”nın strateji məsləhətçisidir.
Xatirə SADİQ,
KONKRET.az